Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı deputat: “Morninqstar seçilən səfir olacaq”
27.07.12 02:55

“Hesab edirəm Richard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri kimi təsdiq olunması maraqlı bir siyasi hadisədir. Ən azı R.Morninqstar ABŞ siyasi elitasında kifayət qədər tanınmış bir şəxsdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib. Millət vəkili qeyd edib ki, R.Morninqstar bir diplomat kimi bölgəni yaxşı tanıyan, Cənubi Qafqazla bağlı bir çox layihələrdə önəmli rol alan, xüsusən enerji məsələlərində həlledici mövqelərdə olmuş bir adamdır: “Təbii ki, belə bir təcrübəli və bölgənin problemlərini bilən bir şəxsin Azərbaycana səfir təyin olunması müəyyən məqsədlərdən xəbər verir. Fikrimcə, onun səfirliyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafına xidmət edəcək”. M.Qasımlı deyib ki, Vaşinqtonun bu səfir təyinatında ənənəvi üç hədəfi - təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi-iqtisadi islahatlar, demokratikləşmə istiqamətində müsbət nəticələr verəcək: “Morninqstar seçilən səfir olacaq”.
URL / WWW
http://kelam.az/article/a-6787.html