Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fazil Mustafa: “AXCP və Müsavatdan seçkidə qalib gəlmək şansı olan namizəd görmürəm”
27.07.12 03:55

“Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı bir qrup müxalif partiyasının ortaya atdığı “vahid namizəd” termininin özü yanlışdır. Çünki vahid namizəddən əvvəl bu məsələdə daha çox şanslı namizəd üzərində düşünmək lazımdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, hazırda şanslı namizəd termininin üzərində düşünmək həmin partiyalar, xüsusilə də AXCP və Müsavat partiyaları üçün daha vacib olardı: “Müxalifətdə ola bilsin ki, 5-6 ayrı-ayrı prezidentliyə namizəd ola bilər, amma hakimiyyət təmsilçiliyində qalib gəlmək üçün müəyyən parametrlərə ehtiyac var. Ona görə də o partiyalar əvvəlcə bu parametrlərə cavab verən namizəd haqqında düşünməlidirlər. Bunlar hazır odluqdan sonra ikinci tura keçid məsələsini nəzərdən keçirmək olar. Çünki bu halda ikinci tura keçilərsə, o zaman vahid namizəd öz-özünə formalaşacaq. Çünki qeyd etdiyim parametrlərlə kim ikinci tura keçə bilirsə, o zaman artıq iştirakı mümkün olmayan digər namizəd ona dəstək verə bilir. Ona görə də indidən vahid namizəd məsələsini qaldırmaq heç prosedura baxımından düzgün deyil”. F.Mustafa AXCP və Müsavat partiyalarının Azərbaycandakı prezident seçkilərindəki şansına da toxunub. O, bu partiyaların qarşıdan gələn seçkilərdə heç bir perspektivinin olmadığını bildirir: “Hətta ən demokratik, heç bir müdaxiləsiz seçki olsa belə, o partiyalardan seçkidə qalib gəlmək şansı olan namizəd görmürəm”.
URL / WWW
http://kelam.az/article/a-6786.html