Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Kolumbiyanın mədən və enerji naziri ilə görüşüb
27.07.12 03:54

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfəri çərçivəsində bu ölkənin mədən və enerji naziri Maurisio Kardenas Santamariya ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Ölkəsinin enerji imkanları barədə geniş məlumat verən kolumbiyalı nazir zəngin karbohidrogen ehtiyatlara malik Azərbaycanla bu sahədə əməkdaşlığın yaradılması üçün səy göstərəcəklərini bəyan edib. Elmar Məmmədyarov Azərbaycanın zəngin neft tarixinə və təcrübəsinə malik olduğunu qeyd edib və bu sahədə güclü və ixtisaslı mütəxəssislər yetişdirən Azərbaycan Dövlət Neft Akademiyası haqqında məlumat verib. Bu sahədə mütəxəssislərin hazırlanması üçün kolumbiyalı tələbələrin akademiyada təhsil alması təklif irəli sürən Elmar Məmmədyarov Azərbaycanın bir sıra Latın Amerikası ölkələri ilə əməkdaşlıq etdiyini və Kolumbiya ilə də bu imkanların nəzərdən keçirildiyini diqqətə çatdırıb. Təklifə görə Elmar Məmmədyarova təşəkkür edən Maurisio Santamariya tezliklə Azərbaycana səfər edəcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-6784.html