Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri ilə görüşüb
25.07.12 19:18

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kolumbiya Respublikasında olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar ilə görüş keçirib. Xanım Maria Angela Holguin Cuellar Azərbaycan Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Kolumbiyaya həyata keçirilən bu səfəri yüksək qiymətləndirdiyini və böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 2011-ci ilin oktyabr ayında Kolumbiya ticarət missiyasının Azərbaycandan səfərdən çox məmnun qayıtdığını qeyd edən xanım Maria Cuellar iki ölkə arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğunu bildirib və siyasi sahədə mövcud olan yüksək əlaqələrin digər sahələr üçün də səmərəli zəmin yaradacağına əminlik ifadə edib. Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Elmar Məmmədyarov ölkəmiz haqqında qısa məlumat verib və Azərbaycan tərəfinin Latın Amerikası ölkələri ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan prezidenti İlham Əliyevin Kolumbiya Prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən Elmar Məmmədyarov məktubun ünvan sahibinə çatdırılmasını xahiş edib və Azərbaycan Prezidentinin Kolumbiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb. Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qarşılıqlı təşviqi və qorunması sahəsində sazişlərin imzalanmasının vacibliyini vurğulayıb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, BMT TŞ çərçivəsində əməkdaşlığın imkanları, həmçinin humanitar, təhsil və idman sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-6783.html