Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin fərdi icazələrinin vaxtının uzadılmasından büdcəyə 4 577 835 manat vəsait köçürülüb
29.01.10 02:47

Ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 28 382 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Eyni zamada 4827 nəfər isə müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Füzuli Ələkbərov bildirib. Onun sözlərinə görə, ötən il respublikanın 57 şəhər və rayonlarında Əmək Yarmarkaları təşkil olunub. “Bu yarmarkalarda 24190 boş (vakant) iş yerlərinin hesabına 8132 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub, 866 nəfər peşə hazırlığı kurslarına cəlb edilib”.-deyən F.Ələkbərov hazırda respublikamızda müvaffiq fərdi icazə əsasında 80 ölkədən 5784 nəfərin əmək fəaliyyəti ilə məşğul olduğunu söyləyib. O, bunun da ötən ilin müvaffiq dövründəkindən 1,4 dəfə çox olduğunu bildirib. Nazir həmçinin qeyd edib ki, 2009-cu ildə əcnəbilər üçün nəzərdə tutulan müddəti üzadılan fərdi icazələrin sayı ötən ilin müvaffiq dövrü ilə müqayisədə 3,4 dəfə çox olub. F.Ələkbərov keçən ildən əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumunun 45 manatdan 1000 manata qaldırılmasının ölkəyə yüksək ixtisaslı kadırların gətirilməsinə xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, ötən ildə əcnəbilər üçün fərdi icazələrin alınmasına və fərdi icazələrin müddətinin üzadılmasına görə işəgötürənlər tərəfindən dövlət büdcəsinə rüsum kimi 4 577 835 manat vəsait köçürülüb.
URL / WWW
http://kelam.az/article/a-678.html