Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Minsk Qrupunun əlində böyük imkanlar var”
26.07.12 02:17

“İndiyə qədər, elə bu gün də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun əlində böyük imkanlar var. Amma təəssüf ki, onlar bu imkanlardan istifadə etmirlər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ölkəmizin ATƏT PA-dan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. O qeyd edib ki, son vaxtlar, ümumiyyətlə, Minsk Qrupu həmsədrləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini vacib amil kimi ortaya qoyurlar. Vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə yaranmış intensivləşmə həmsədr dövlətlər arasında qısqanclıq yaratmamalıdır: “Bu intensivləşmə nəticəyə hesablanmış proses olmalıdır. Hər halda Azərbaycanın artan iqtisadi və hərbi gücü ermənilərlə yanaşı, onları dəstəkləyən dairələri də narahat edir. Bu, problemin həll olunmasında gücdən daha çox sülh imkanlarından səmimi şəkildə istifadə etmək istəyən və nəticə əldə olunmasında maraqlı olan qüvvələri də narahat edir”.
URL / WWW
http://kelam.az/article/a-6778.html