Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qəbələ IV Beynəlxalq Musiqi Festivalına bu gün start verilir
25.07.12 02:55

Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunan Qəbələ IV Beynəlxalq Musiqi Festivalına bu gün start veriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçiriləcək festivalda ölkəmizlə yanaşı, dünyanın görkəmli musiqiçiləri, bədii kollektivləri, tanınmış solistləri, məşhur dirijorları iştirak edəcək.

Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - London Filarmonik Orkestri, Yuri Başmet və “Moskva solistləri” kamera orkestri, “Tartini” kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının möhtəşəm festivala qatılacağı gözlənilir.Ölkəmizdən isə festivalın proqramına Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, Xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov, Şükür Səmədov, Əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov, Azad Əliyev, Yalçın Adıgözəlov, Əməkdar müəllim Tofiq Aslanov, Əməkdar artistlər Gülnaz İsmayılova, Elcin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, Gülşən Ənnağıyeva, beynəlxalq müsabiqə laureatları Əyyub Quliyev, Fuad İbrahimov, Yusif Eyvazov, Adil Axundov, Azər Rzazadə, Fəridə Məmmədova, Səbinə Əsədova, gənc solistlərin, muğam ifaçılarının və başqalarının çıxışları salınıb.
URL / WWW
http://kelam.az/article/a-6776.html