Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Serbiya prezidenti BMT-nin baş katibindən vasitəçi olmağı xahiş edib
24.07.12 19:55

Serbiya prezidenti Tomislav Nikolic BMT-nin baş katibi Pan Ki-Mundan Serbiya-Kosovo danışıqlarında vasitəçi olmağı xahiş edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Tomislav Nikolic Belqradda BMT-nin baş katibi ilə keçirdiyi danışıqlarda bildirib. Serbiya prezidenti beynəlxalq ictimaiyyəti Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
Belqradla Priştina arasında danışıqlar keçən ildən gedir. Avropa Birliyi Serbiya və Kosovonı münasibətləri normallaşdırmağa çağırır.
Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Onun müstəqilliyini BMT-yə üzv olan 90 ölkə qəbul edib. Serbiya Kosovonun müstəqilliyini tanımaqdan imtina edir.
URL / WWW
http://kelam.az/article/a-6774.html