Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hillari Klinton: ABŞ yeni nəslin QİÇS-dən azad olmasını istəyir
25.07.12 03:55

Vaşinqtonda QİÇS-ə dair beynəlxalq konfransda çıxış edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Amerika xəstəlikdən azad yeni nəslin yetişdirilməsi işinə sadiqdir.

“KƏLAMİNFO”  “Lenta.ru”ya istinadən xəbər verir ki, dövlət katibi Klinton deyib ki, ABŞ dünyada QİÇS-lə mübarizədə qələbəyə kömək edəcək davamlı səhiyyə sistemlərinin yaradılması üzərində işləyir. O qeyd edib ki, bu məqsədlə ABŞ Afrikada və dünyanın hər yerində xəstəliyin anadan uşağa keçməsinin qarşısını almaq üçün klinikaların yaradılması işinə hazırdır. Kinton Afrikada oğlanların sünnət olunması proqramlarına yüksək qiymət verərək, bunun QİÇS və onun virusu olan HİV-in yayılmasının qarşısını almağa kömək etdiyini bildirib.
Konfransda çıxış edən Britaniyadan olan rok ulduz Elton Con QİÇS-in yayılmasının qarşısının alınmasına mane olan stereotiplər əleyhinə danışıb. BMT dünyada 34 milyon insanın QİÇS xəstəsi, ya da HİV virusunun daşıyıcısı olduğunu bildirir. Təşkilatın məlumatına əsasən, 2011-ci ildə 1,7 milyon insan QİÇS səbəbi ilə dünyasını dəyi.
URL / WWW
http://kelam.az/article/a-6773.html