Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Ermənilərin Dağlıq Qarabağda keçirmək istədikləri şou əks-effekt verdi”
25.07.12 03:55

“Dağlıq Qarabağda 19 iyul 2012-ci ildə keçirilmiş “prezident seçkisi” Azərbaycanın işğal altındakı ərazilərindəki siyasi durumu başa düşmək üçün mühüm mənbəyə çevrildi və ortalığa vacib məsələlər çıxdı”. “KƏLAMİNFO” xəbər verir ki, belə bir nəticəyə gəldiyini Beynəlxalq Mətbuat Mərkəzində bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, ATƏT-in bir sıra mühüm qurumları bu “seçki”yə münasibət bildirməyə məcbur olublar. “Onlar bir daha xatırlatdılar ki, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımırlar” deyən politoloq hesab edir ki, Rusiya da bu məsələyə eyn mövqe nümayiş etdirib. “Ermənistan əvvəlki illərdən fərqli olaraq müşahidəçilərin dəvət olunma prosesini gizli saxlamağa çalışsa da, buna nail olmadı. Müşahidəçi qismində Ermənistana gələnlərin əksəriyyəti “seçki”dən sonra adlarının mətbuatda görünməməsinə çalışdılar. “Seçki”nin yekunları ilə hazırlanan sənədlərdə konkret soyadlar yox idi. İstər Avropa, istərsə də Rusiyadan olan müşahidəçilərin verdiyi siyasi bəyanatlar əvvəlki dövrlərdəki müşahidəçilik missiyaları zamanı verilən bəyanatlardan cılızlığı ilə fərqlənirdi. Gələn müşahidəçilərin böyük əksəriyyəti ermənilərin təsiri altında olan şəxslərdi” - deyə M.Əhmədoğlu bildirib.  Onun fikrincə, rəsmi Yerevan və erməni ekspertlərinin hamısı “seçki”ylə bağlı səslənmiş fikirləri ermənilərin xeyrinə yozmağa məcburdurlar. Hətta bəzi ermənipərəst siyasətçilərin “seçki” reallığını gizlətmək üçün Azərbaycanın ünvanına kəskin tənqidlər işlətdiyini bildirən Mərkəz rəhbəri 19 iyulda Dağlıq Qarabağda baş verənlərin “prosedura” adlandırılmasının daha doğru olduğunu vurğulayaraq, ermənilərin Dağlıq Qarabağda keçirmək istədikləri şounun əks-effekt verdiyini vurğulayıb.
Qeyd edək ki, M.Əhmədoğlu “seçkiy”lə bağlı maraqlı rəqəmlər də səsləndirib: “Dağlıq Qarabağdakı “seçki”dəki rəqəmlər Ermənistanın və dünya ermənilərinin buradakı siyasətini ifşa etdi. 2007-ci il “seçki”sindən 2012-ci il “seçki”sinədək “seçicilər”in sayı təxminən 8 min nəfər artıb. 20-25 min əlavə adamın məskunlaşdığını nəzərə alsaq, Dağlıq Qarabağ ermənilərində say artımının olmadığını və ya ermənilərin Dağlıq Qarabağ ərazisini tərk etdiyini demək olar. “Seçici” siyahılarına 99 min adamın adı daxil edildiyi halda B.Saakyana cəmi 48 min “seçici” səs vermişdi”. Seçkilərdəki rəqəmlərdən danışan politoloq bildirib ki, B.Saakyana verilən 48 min səsin içərisində hərbçilərin də səsləri var. Dağlıq Qarabağdakı hərbçilərin sayı barədə açıqlanan rəqəm 22 mindir. Onun sözlərinə görə, hətta bu rəqəmin 30 min olduğunu iddia edənlər də var: “Dağlıq Qarabağda olan hərbçilərin yalnız 2 mini yerli ermənilərdir. Qalan 20 və ya 28 min hərbçi Ermənistandan Dağlıq Qarabağa hərbi xidmət etməyə gələn Ermənistan hərbçiləridir”.
URL / WWW
http://kelam.az/article/a-6772.html