Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » YAP-ın sədr müavini: “Müxalifət ilə iqtidar arasında dialoq mütəmadi davam etdirilir”
24.07.12 19:55

“Azərbaycanda siyasi müxalifət ilə iqtidar arasında dialoq mütəmadi olaraq davam etdirilir. Onu da deyim ki, mən dialoqu bir stolun ətrafında oturub deyişmə kimi başa düşmürəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov bildirib.O, bu cür dialoqun formatına misal olaraq deyib ki, KİV və digər sivil imkanlar hesabına dialoq aparmaq da mümkündür. Ə.Əhmədov YAP-ın daim ictimai maraq doğuran bütün məsələlər ətrafında müxalifət partiyaları ilə müzakirələr aparmağa hazır olduğunu söyləyib.
YAP sədr müavini Azərbaycanda siyasi məhbus olması barədə deyilənlərə də münasibət bildirib: “Bəzi müxalif partiya nümayəndələri “siyasi dustaq” anlayışını ehtiva edən kriteriyalardan kənara çıxdığından bizim bu məsələdə onlarla ciddi fikir ayrılığımız var. Ona görə də onların dediyinin əksinə olaraq hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur”.
URL / WWW
http://kelam.az/article/a-6771.html