Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “YAP-ın növbəti prezident seçkilərində namizədi İlham Əliyev olacaq”
24.07.12 19:55

“Yeni Azərbaycan Partiyasının (YAP) növbəti prezident seçkilərində namizədi birmənalı olaraq partiya sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov təəssüflə deyib ki, bəzi mətbu orqanlar bu məsələdə təxribatla məşğul olur. O qeyd edib ki, YAP-ın namizədi Azərbaycan xalqının istədiyi namizəddir: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan özünün çiçəklənən dövrünü yaşayır və Azərbaycan xalqı da bunu dəyərləndirir”. Ə.Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İlham Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6770.html