Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP jurnalistləri mükafatlandırıb
25.07.12 03:55

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini, deputat Əli Əhmədov Milli Mətbuat günü ilə bağlı jurnalistlərlə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə çıxış edən Ə.Əhmədov bildirib ki, Azərbaycanda ictimai maraqlara tam cavab verən, inkişaf etmiş mətbuat mövcuddur.

O qeyd edib ki, insan hüquqları və söz azadlığını prinsip götürən Azərbaycan dövləti də söz azadlığının inkişafında, ictimai maraqların qorunmasında tam olaraq maraqlıdır: “Azərbaycan mətbuatının modernləşməsini, təkmilləşməsini Azərbaycanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil”. Ə.Əhmədov bildirib ki,  Azərbaycanda gələn hər bir ötən ildən daha yaxşı olur: “Bu, bütün sahələrdə özünü göstərdiyi kimi mətbuatın inkişafında da özünü göstərir”.
Daha sonra Ə.Əhmədov jurnalistləri peşə bayramı münasibəti ilə mükafatlandırıb.
URL / WWW
http://kelam.az/article/a-6769.html