Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Miqrasiya Məcəlləsinin layihəsi hazırdır
24.07.12 19:55

Bu gün Bakıda Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü, Avropa Birliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin dəstəyi ilə MİEUX proqramı çərçivəsində “Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, seminarda çıxış edən DMX Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, layihə çərçivəsində indiyədək 2 tədbir keçirilib. O qeyd edib ki, Azərbaycanda miqrasiya sahəsində qanunvericilik bazası mükəmməl yaradılıb: “Artıq Miqrasiya Məcəlləsinin layihəsi hazırdır və müvafiq qurumlarla razılaşdırma prosesindədir. Bu gün Azərbaycanda qanunsuz miqrasiya ilə mübarizə aktual məsələdir”.
İdarə rəisi qonaqlara miqrasiya qanunvericiliyinin formalaşdırılması istiqamətində Avropa Birliyi ilə birgə görülən işlərdən danışıb.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi şöbəsinin rəhbəri Andrey Valentinov isə qeyd edib ki, AB Azərbaycanda miqrasiya sahəsində Tvinninq layihəsi həyata keçirməyi planlaşdırır. Son bir neçə ildə Azərbaycana miqrantların axınının yarandığını deyən A.Valentinov bu sahədə prosesin tənzimlənməsinin vacibliyini vurğulayıb.
Daha sonra müxtəlif ekspertlər məruzələrlə çıxış ediblər. toplantıda DMX-nin əməkdaşları ilə yanaşı, xarici ekspertlər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Seminar 3 gün davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-6768.html