Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vəfa Quluzadə: Rusiya bizim regiona hücum etmək üçün bəhanə axtarır
25.07.12 01:26

“İşğal olunmuş torpaqlarda “Xankəndi” aeroportunun Ermənistan tərəfindən istismarına Azərbaycan heç cürə razılıq verə bilməz. Çünki buna razılıq vermək Dağlıq Qarabağı müstəqil bölgə kimi tanımaq deməkdir. Bu da təbii ki. cəfəngiyat olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Politoloq ATƏT Minsk Qrupunun bununla bağlı bəyanatını da cəfəngiyat adlandırır: “Onların bəyanatında başa düşülür ki, guya Azərbaycan bu aeroportun işə düşməsinə etiraz etməz, amma təəssüf ki, onlar bununla yenə yalan danışırlar. Çünki Azərbaycanın bu məsələdə razılıq verməsi inandırıcı deyil, ora bizim torpaqlardır”. İşə düşəcəyi təqdirdə “Xankəndi” aeroportundan qalxacaq təyyarələrin Azərbaycan tərəfdən vurulmasına münasibət bildirən V.Quluzadə deyib ki, bu, bir qədər qəliz məsələdir: “Çünki indi faktlarım var ki, Rusiya bizim regiona hücum etmək üçün bəhanə axtarır. Təyyarələrin vurulması isə rusların əlinə fürsət verər. Ona görə bu məsələdə düşünmək lazımdır. Ancaq hava limanının işə salınması ilə bağlı sərt mövqe ortaya qoyulmalıdır. Bu istənilən halda yolverilməzdir”.
URL / WWW
http://kelam.az/article/a-6766.html