Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranda prezident seçkilərinə hazırlıq başlayıb
25.07.12 01:26

İranın Daxili İşlər Nazirliyinin seçkilər üzrə idarəsi 2013-cü ildə XI çağırış prezident seçkiləri və IV çağırış Şəhər və Kənd İslami şuraları seçkilərinin keçirilməsi üçün plan hazırlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bunu İran DİN-in seçkilərin keçirilməsi üzrə idarəsinin rəhbəri Həsənəli Nuri söyləyib. Nuri bildirib ki, bu idarənin işi keçiriləcək seçkilər üçün proqram və planı hazırlamaqdır. Hazırda keçiriləcək seçkilərin tarixinin dəqiqləşməsi istiqamətində işlər gedir, seçkinin keçiriləcəyi gün dəqiqləşdikdən sonra əyalətlər üzrə seçki qərargahlarının təşkilinə başlanacaq. Qeyd edək ki, İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. 2005-ci ildə ilk dəfə prezident seçilən hazırkı prezident Mahmud Əhmədinejad 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisində yenidən qalib elan edilib. Onun rəqibləri olan Yaşıllar Hərəkatının rəhbəri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkinin saxtalaşdırıldığını iddia edərək əhalini kütləvi etiraz aksiyaları keçirməyə çağırıb və həmin aksiyalar zamanı müxalifət liderləri ilə yanaşı Yaşıl Hərəkatın onlarla üzvü həbs edilib. İranda XI çağırış prezident seçkiləri 2013-cü ilin əvvəlində keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6763.html