Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Çin və Azərbaycanın turizm sahəsindəki əməkdaşlığı müzakirə olunub
25.07.12 01:26

Bu gün Çinin “CİTİC Limited” şirkətinin rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə şirkətin vitse-prezidenti Jao Jingven və “SİTİC Tourism Group Co Ltd” şirkətinin prezidenti Ji Ruo Linin başcılıq etdikləri nümayəndə heyəti Çin və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edərək, bu əməkdaşlığın səviyyəsini daha da yüksəltməyin vacib olduğunu bildiriblər. Müzakirələr zamanı çin turist qruplarının Azərbaycana səfərinin təşkili barədə dövlətlərarası xüsusi Sazişin imzalanması məsələsinin vacibliyi də vurğulanıb. Görüşdə həmçinin Çin və Azərbaycan turizm şirkətləri arasında ikitərəfli əlaqələrin inkişafı üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı infoturların təşkili məsələsi təklif olunub.
URL / WWW
http://kelam.az/article/a-6762.html