Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrini açıqladı
25.07.12 01:26

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın nəticələri saat 18.00-dan etibarən qurumun rəsmi www.tqdk.gov.az internet saytında yerləşdiriləcək. Hazırda abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727-yə iş nömrələrini göndərməklə öyrənə bilirlər. Ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 20-də imtahan keçirilmiş imtahana 33533 abituriyent ərizə təqdim edib. Onlardan 1200 nəfəri imtahanlara gəlməyib. Qəbul imtahanında iştirak edən 42 abituriyent imtahan qaydalarını pozduqlarına, köçürməyə cəhd göstərdiklərinə görə zaldan çıxarılıblar və nəticələri ləğv edilib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir. İxtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - avqustun 7-dən 16-dək aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-6761.html