Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda qanunvericiliyinin tələblərini pozmuş 100-dən çox əcnəbi saxlanılıb
24.07.12 15:26

Dövlət Miqrasiya Xidməti tərəfindən 6-21 iyul tarixlərdə Bakı və Gəncə şəhərlərində, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 103 əcnəbi aşkar edilib. Dövlət Miqrasiya Xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-6760.html