Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Meksika Deputatlar Palatasının prezidentini qəbul edib.
19.07.12 15:05

Prezident İlham Əliyev bu gün Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin son illər uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edən prezident İlham Əliyev bu sahədə əməkdaşlığı fəal şəkildə genişləndirməyin vacibliyini vurğulayıb. Dövlət başçısı iqtisadi sahədə də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlət başçısı Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirib və minnətdarlığını bildirib. Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Markos Perez Esquerin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu deyib və mükafatı ona təqdim edib. Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Markos Perez Esquer minnətdarlığını ifadə edib. Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaqua Azərbaycana qardaş ölkə kimi böyük önəm verdiklərini və ölkəmizlə əlaqələri bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməkdə maraqlı olduqlarını deyib. Görüşdə ölkələrimizin iqtisadi, mədəni, təhsil və parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
URL / WWW
http://kelam.az/article/a-6758.html