Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Lavrov Hillari Klintonu “ədəbsiz” adlandırıb
19.07.12 01:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Hillari Klinton barəsində sərt sözlər işlədib. “KƏLAMİNFO” xəbər verir ki, CNN-nin xarici mətbuata istinadən yaydığı xəbərə əsasən, iki ölkə arasında Suriya məsələsindəki gərginlik siyasi liderlərin bir-biri haqqında sərt ifadələr işlətməsinə səbəb olub. S.Lavrov hətta amerikalı həmkarını “ədəbsiz” adlandırıb. Lavrov çıxışında bu sözləri söyləyib: “Bəşər Əsədi deyil, Annan planını dəstəkləyirik. Təzyiqə və şantaja baş əyən deyilik. Xanım Klintonu “Rusiyanın Suriya məsələsindəki mövqeyinə görə cəzalandırmaq lazımdır” söyləyib. Belə bir açıqlama diplomatiya əxlaqına uyğun olmadığı kimi, iki insan arasında belə ədəbsizlik sayılır. Heç kim bizimlə şantaj və təzyiq dili ilə danışa bilməz. Biz mövqeyimizi açıq-aydın ortaya qoymuşuq. BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya xaricdən müdaxiləni dəstəkləyən heç bir qanun qəbul oluna bilməz. Buna qarşı Qərb ölkələri bizim Suriyadakı müşahidəçilərin fəaliyyət müddətini uzatmaq təklifimizi rədd edə bilərlər. Belə vəziyyətdə nəyisə dəyişdirmək mümkün olmayacaq. Cenevrə konfransında qəbul etdiyimiz qərarlar yenə söz olaraq qala bilər”.
URL / WWW
http://kelam.az/article/a-6757.html