Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün vəsaitlər nəşr edib
29.01.10 03:47

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlı mətbuat konfransı keçirlib. KƏLAMİNFO xəbər verir ki, TQDK-ın sədr müavini Namiq Babayev ötən ilin imtahanlarında əvvəlki illərlə müqayisədə xüsusi qabiliyyət tələb edən sahələrdə iştirak edən abituriyentlər arasında kifayət qədər artımın olduğunu bildirib. N.Babayev ötən ilin xüsusi qabiliyyət tələb edən imtahanlarında ümumilikdə müxtəlif ixtisaslar üzrə iştirak edən 10000 abituriyentdən 7089-nun müvəffəqiyyətlə keçdiyini söyləyib. O, vurğulayıb ki, TQDK bu istiqamətdə zəruriyyəti nəzərə alaraq növbəti il üçün bu sahədə vəsaitlər də nəşr edib. Tədbirdə bu ixtisaslara aid TQDK-nın nəşr etdiyi 5 istiqamtdə olan nəşrlər də təqdim olunub. Bunlar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman ixtisasları haqqındadır. N.Babayev növbəti il üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə meyarlarının yeni formada tərtib olunduğunu əlavə edib. O, hər istiqamət üzrə ali məktəblərin, orta (11 illik) və əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinin qəbul proqramlarının təkmilləşdirildiyini də vurğulayıb.“Cari il ali məktəblərin pedoqoji, idman və dizayn ixtisasları, orta və əsas təhsil bazasından orta ixtisas məktəblərinin ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri məqbulla, ali məktəblərin digər ixtisasları üzrə isə balla qiymətləndiriləcək”,-deyə TQDK-ın sədr müavini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-675.html