Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Çox ciddi müsabiqə gözlənilir”
14.07.12 02:57

Təhsil Nazirliyinə məktəblərdə vakant müəllim yerlərinə keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə daxil olub. “KƏLAMİNFO”un məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir əlavə edib ki, daxil olan ərizələr hər gün dəyişir: “Biz gözlədiyimizdən qat-qat artıq ərizə verilib. Çox ciddi müsabiqə gözlənilir”. Nazir qeyd edib ki, daha çox ərizə ibtidai sinif müəllimliyinə verilib ki, bu da narahatçılıq doğurur, çünki daha az vakant yer məhz bu istiqamət üzrədir: “Müsabiqə ilə bağlı ciddi işlər aparılır. Əminəm ki, müəllimlərin qəbulunu bu qaydada aparmaqla Azərbaycan məktəbinin və təhsilinin keyfiyyətini qaldıra biləcəyik”.
URL / WWW
http://kelam.az/article/a-6747.html