Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ceyhun Osmanlı Gənc Təbiblərin 2-ci Almaniya Forumunda iştirak edir
14.07.12 02:57

2012-ci il tarixləri arası Almaniyanın Mannheim şəhərində keçiriləcək Gənc Təbiblərin 2-ci Almaniya Forumunda millət vəkili Ceyhun Osmanlı iştirak edir. “KƏLAMİNFO” xəbər verir ki, Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçirilən forum dünyanın ən aparıcı universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumda tibb mütəxəssisləri, akademiklər, elmi işçilər, dövlət nümayəndələri, müxtəlif universitetlərin professor, müəllim heyəti iştirak edir. Forumun əsas məqsədi dünya tibb elminin ən qabaqcıl nailiyyətlərini öyrənmək və qazanılmış təcrübədən yararlanıb Azərbaycan tibb sahəsində tətbiq etməkdir. Qeyd edək ki, forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-6746.html