Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “ABŞ-ın bölgədəki maraqları da bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir”
13.07.12 01:46

“ABŞ Riçard Morninqstarı Azərbaycana səfir təyin etməklə doru seçib edib, çünki bu şəxs Cənubi Qafqaz regionuna kifayət bələd bir insandır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu amil ona ümid yaradır ki, onun namizədliyi bütövlükdə təsdiqləndikdən sonra Amerikanın bölgədə maraqları daha aktiv şəkildə həyata keçəcək: “ABŞ-ın bölgədəki maraqları da bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir. Bir sıra hallarda üst-üstə düşən planlar mövcuddur, əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur”. Z.Oruc deyir ki, indiyə qədər müəyyən ara fasilələrilə Azərbaycanda ABŞ səfirinin olmaması fonunda sanki Vaşinqtonun maraqları bölgədə geri çəkilmiş kimi görünürdü. Deputat onu da əlavə edir ki, Riçard Morninqstarın Azərbaycana səfir gəlməsi 2013-cü ildən başlayaraq müəyyən mənada daha fəal siyasətə yol aça bilər.
URL / WWW
http://kelam.az/article/a-6744.html