Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Emoməli Rəhmon Dövlət Bayrağı Meydanında olub
12.07.12 16:46

Bakıda səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon Dövlət Bayrağı Meydanı ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qonağa Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib. E.Rəhmon Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış olub. Tacikistan prezidenti muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. E.Rəhmona xatirə hədiyyəsi təqdim olunub. Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıb. Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”a gələn Tacikistan prezidenti burada görülən işlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Qeyd edilib ki, “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində möhtəşəm qələbə qazanan Azərbaycan bu uğuru müstəqil olduğu 20 il ərzində yarışmaya cəmi 4 dəfə qatılmaqla əldə edib.
URL / WWW
http://kelam.az/article/a-6742.html