Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
28.01.10 19:47

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçən iclasında vətəndaş Teryoxin Vladimir Qriqoryeviçin şikayəti üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 2 iyun tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Konstitusiya Məhkəməsindən veriblər. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin vəkili M.Mustafayevin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarda qeyd edilir ki, V.Teryoxinin M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı 2005-ci il 29 aprel tarixli 98 saylı qərarın ləğv edilməsi və digər tələblərinə dair Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 2 iyun tarixli qərarı AR Konstitusiyasının 13-cü, 29-cu, 60-cı maddələrinə, 127-ci maddəsinin VII hissəsinə və 129-cu maddəsinin III hissəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 417-ci və 418-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycanın mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
URL / WWW
http://kelam.az/article/a-674.html