Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT Suraxanıda apardığı monitorinqin nəticələrini açıqlayıb
11.07.12 20:12

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Suraxanı rayonunda apardığı monitorinqin nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mərkəzdən veriblər. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Suraxanı rayonunda regionların sosial-iqtisadi inkişafına həsr olunmuş tədbir keçirib. Qurumun “Bakı ətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi və təbliği” layihəsi çərçivəsində növbəti tədbiri Suraxanı rayon icra hakimiyyətində keçirilib. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. “Sosial-iqtisadi inkişafın əhəmiyyəti və bu proqramın icrasının vətəndaşların sosial problemlərinin həllində rolu” mövzusunda keçirilən tədbiri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq, rayonda görülən işlərlə bağlı məlumat verib. O, bildirib ki, Suraxanı rayonunda Dövlət Proqramının icrası vaxtında və qrafikə uyğun yerinə yetirilir. BMAM-ın sədri və layihənin rəhbəri Rufiz Qonaqov layihənin əhəmiyyəti, layihənin icra planına uyğun aparılan monitorinqin əhəmiyyəti və bu monitorinqin Proqramın icrasındakı rolundan danışıb.
URL / WWW
http://kelam.az/article/a-6734.html