Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT Əməkdaşlıq Alyansı 1 illik fəaliyyətinin hesabatını verib
11.07.12 20:12

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansı bir illik fəaliyyəti ilə bağlı tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Alyansın bir illik fəaliyyəti, görülən və görüləcək işlər haqqında məlumat verilib. Alyansın Şura üzvü, İcra Katibliyinin rəhbəri Rəfail Becanov bildirib ki, QHT Əməkdaşlıq Alyansı ötən il iyulun 8-də təsis edilib. Onun sözlərinə görə, əsas məqsəd müxtəlif və ölkəyüklü məsələlərdə, vətəndaş cəmiyyətinin inkişafında QHT-lərlə birgə fəaliyyət göstərməkdir: “Ən böyük amalımız isə istər ölkə üçün əhəmiyyətli olan, istərsə də vətəndaş cəmiyyəti sektoru üçün önəmli saydığımız sahələrdə QHT-lərin, QHT koalisiyalarının əməkdaşlığına və onların eyni mövqedən çıxış etmələrinə nail olmaqdır”. Alyansın Şura üzvü Rufiz Qonaqov qeyd edib ki, təmsil etdiyi qurum özündə müxtəlif sahələri əhatə edən 37 QHT-ni birləşdirir. O, Alyansın bir il ərzində gördüyü işlər haqqında ətraflı məlumat verib. R.Qonaqov onu da əlavə edib ki, dövlətin QHT-lərə tərəfdaş kimi baxması vətəndaş cəmiyyətinin inkişafına daha da güclü təkan verəcək: “Ona görə də yaxın illərdə maraqlı yeniliklərin şahidi olacağıq” Alyansın Şura üzvü Razi Nurullayev təmsil etdiyi qurumun prioritetləri barədə çıxış edib. O bildirib ki, qarşıdakı prioritetlər QHT Evinin tikilməsi üçün dövlətin sərmayə yatırması təşəbbüsünün dəstəklənməsi, hər bir nazirliyin tərkibində İctimai Komitələrin yaradılması-QHT-lərin dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynaması, sosial sahibkarlıq ideyasının inkişaf etdirilməsi və milli donorçuluq institutunun yaradılması, Himayə fondlarının yaradılması təşəbbüslərinin dəstəklənməsi, QHT-lərin qeydiyyat problemlərinin həllinə dəstək verilməsi, QHT-lər və ümumilikdə ictimai sektor ilə bağlı cari məsələlər üzərində ictimai müzakirələrin təşkili, tədqiqatların aparılması və dövlət siyasətinə təsir göstərmək üçün fəaliyyətdən ibarət olacaq. Alyansın hazırkı koordinatoru Xanoğlan Əhmədov isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində tamamilə yeni proseslər başlayıb və QHT-lər ictimai sektorun danılmaz strukturuna çevrilməkdədir. O, QHT Əməkdaşlıq Alyansının QHT-lərin öz təşəbbüsü ilə formalaşmış bir koalisiya olduğunu söyləyib: “İnanıram ki, Alyans fəaliyyəti ilə yaxın gələcəkdə vətəndaş cəmiyyətinin ən mühüm strukturlarından birinə çevriləcək”.
URL / WWW
http://kelam.az/article/a-6732.html