Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Meksika Azərbaycanın Latın Amerikası regionunda maraqlarını təmsil edən dövlətdir”
11.07.12 20:12

“Meksika Azərbaycanın Latın Amerikası regionunda maraqlarını təmsil edən dövlətdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Meksika Senatının vitse-spikeri Fransisko Arroyo Vieyra jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Meksika Azərbaycan ilə bir çox istiqamətdə, o cümlədən mədəniyyət və neft- qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Meksika tələbələrinin Azərbaycanda təhsilinə və əksinə olaraq təhsilin təşkil olunmasına səylər var”. O həmçinin bildirib ki, Meksikanın paytaxtı Mexikonun mərkəzi küçələrindən birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq: “Bu abidənin qoyulması iki ölkə arasındakı münasibətlərin inkişafına stimul olacaq”.
URL / WWW
http://kelam.az/article/a-6731.html