Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan XİN: “Bu, ermənilərin fərziyyəsidir...”
12.07.12 02:12

“Ermənilərin yenidən qondarma erməni soyqırımı cəhdi onların növbəti siyasi oyunundan başqa bir şey deyil”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bu məsələnin sırf tarixçilərin işi olmasına baxmayaraq Ermənistan tərəf yenə də ictimaiyyəti siyasi fırıldaqları ilə aldatmağa çalışırlar: “Mütəmadi olaraq bu məsələni ortaya atmaqla tərəflər arasında gərginlik yaradırlar”. Fransa prezidenti Fransua Ollandın qondarma erməni soyqırımı ilə bağlı hansısa sənəd hazırlayacağı haqqında yayılan söhbətə toxunan E.Abdullayev bildirib ki, bu da ermənilərin növbəti oyunu, fərziyyəsidir. Onun sözlərinə görə rəsmi Paris bununla bağlı nə rəsmi açıqlama, nə də bəyanat verib. Qeyd edək ki, Fransanın yeni seçilmiş prezidenti Fransua Ollandın da sələfi Nikolya Sarkozi kimi uydurma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun hazırlayacağına dair vəd verdiyi iddia olunur. Məlumatın qaynağı isə şübhəlidir və Fransadakı erməni təşkilatıdır. “Frans-Press” agentliyinin xəbərində deyilir ki, Olland “erməni qanunu” barədə Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə telefon söhbətində bildirib.
URL / WWW
http://kelam.az/article/a-6730.html