Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Lavrov yeni “soyuq müharibə” proqnozlaşdırmır
11.07.12 02:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni “soyuq müharibə” proqnozlaşdırmadığını deyib.” KƏLAMİNFO” xəbər verir ki, “Qolos Rossii” radiosunda canlı yayımda iştirak edən Lavrov beynəlxalq aləmdəki proseslərə nəzər saldığı zaman yeni “soyuq müharibə” olacağını düşünmədiyini söyləyib. Nazir Rusiya-ABŞ əlaqələrinin qlobal balansın təmin olunması baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıb: “ABŞ ilə əməkdaşlığa davam edirik. Xüsusilə ABŞ-dakı respublikaçılardan Rusiyanı ittiham edən açıqlamalar eşitdiyimiz zaman buna gözlərimizi yuma bilmərik. Ancaq bu cür ittihamedici açıqlamaların ABŞ-ın siyasətini əks etdirdiyini düşünmürəm. Rusiyada və ABŞ-da məsuliyyətli davranan hər bir siyasətçi iki ölkə arasındakı əlaqələrin beynəlxalq arenada balansın təmin olunması baxımından mühüm olduğunu görür”.
URL / WWW
http://kelam.az/article/a-6728.html