Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrinə 851 min manat ayırıb
10.07.12 20:42

Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının təqdim etdiyi layihələri maliyyələşməsi ilə bağlı nəticələri açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Ümumilikdə Azərbaycanda 57 gənclər təşkilatının layihələrinin maliyyələşməsi üçün 851 min manat ayrılıb. Müsabiqəyə 115 təşkilat layihə təqdim edib, təqdim edilən layihələrin dördü müsabiqənin mövzusuna uyğun gəlmədiyi, 18 təşkilat isə gənclər təşkilatı olmadığı üçün həmin təşkilatların layihələrinə baxılmayıb. 93 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilib və 57 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə qərar verilib. Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən müsabiqə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi, özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər mövzularını əhatə edib.
URL / WWW
http://kelam.az/article/a-6724.html