Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cəmiyyətin hüquqi maarifləndirilməsinə dair kitab çap olunub
10.07.12 20:42

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzeti və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin birgə təşəbbüsü ilə nəşr olunan “Vəkil Məsləhətləri Toplusu” kitabının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunan kitabın qayəsi əhalinin hüquqi maarifləndirilməsi səviyyəsinin artırılması vasitəsilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarını asanlaşdırmaqdır. Təqdimat mərasimində çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov nəşrin ölkəmizdə insan hüquqlarının səmərəli təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib. “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırov hazırkı dövrdə insanların hüquqi maarifləndirilməsinin əhəmiyyətli olduğunu, onların daim inkişaf edən hüquq münasibətləri ilə ayaqlaşmalarının önəmini vurğulayıb. Tədbirdə bir sıra hakim, vəkil, dövlət və QHT nümayəndələri nəşrin əhəmiyyətindən bəhs edib, ilk dəfə nəşr olunan belə kitabın cəmiyyətin hüquqi maarifləndirilməsi baxımından önəmini vurğulayıb, bu kimi topluların genişləndirilməsi və təkmilləşdirilməsinin zəruriliyini qeyd etməklə, bir sıra irad və təkliflərini bildiriblər. Qeyd edək ki, nəşrin məzmunu sual-cavab formasındadır. Kitabda “Azərbaycan” qəzetində 2009-cu ildən etibarən dövrü olaraq “Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir” rubrikası çərçivəsində vətəndaşların hüquqa dair cavablandırılmış sualları əks olunub.
URL / WWW
http://kelam.az/article/a-6723.html