Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT baş katibi: “Münaqişənin həllini zorla sırımaq olmaz”
09.07.12 20:10

Bakıda səfərdə olan ATƏT baş katibi Lamberto Zannier Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. “KƏLAMİNFO” xəbər verir ki, baş katib bu barədə Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, iyulun 10-da Minsk Qrupunun həmsədrləri bölgəyə növbəti səfər edəcəklər: “Cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdir”. Baş katib snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması və etimadın qurulması istiqamətində ATƏT-in bir sıra tədbirlər təklif etdiyini bildirib. Onun sözlərinə görə danışıqlar prosesinin nativi yoxdur: “Münaqişənin həllini tapmaq lazımdır, lakin bu həlli zorla sırımaq olmaz. Tərəflər özləri razılığa gəlməlidir. ATƏT buna öz töhfəsini verməyə hazırdır”.
URL / WWW
http://kelam.az/article/a-6721.html