Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənclərimiz beynəlxalq tədbirdə
09.07.12 20:10

Azərbaycan Tələbələr Birliyi (ATB) 7-14 oktaybr 2012-ci il tarixlərində Bakıda “Wind of - European Migration Twenty Years after the Collapse of Communism" adlı beynəlxalq tədbir təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, Avropa Komissiyası “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının maliyyə dəstəyi ilə tədbirin keçirilməsində məqsəd Avropa Birliyi və tərəfdaş ölkələrdə Sovet rejiminin dağılmasından sonrakı dövrdə Avropaya inteqrasiyanı müzakirə edə bilməkdir. Azərbaycanla yanaşı Hollandiya, Çexiya, Fransa, Latviya, Türkiyə, Belarus, Moldova, Rusiya, Ukraynadan 30-dan çox gənc iştirak edəcəyi tədbirdə əsas olaraq Şərq-Qərb miqrasiyası, Avropa mobillik proqramları, Avropa Birliyinin daxilində miqrasiya, beynəlxalq miqrasiyanın əhəmiyyəti və bütün bunlarda gənclərin rolu kimi mövzular da müzakirə obyektinə çevriləcək. ATB Avropa Komissiyasının ”Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramı çərçivəsində gələcəkdə də daha uğurlu layihələrlə çıxış edəcəyini və beynəlxalq məsələlərin müzakirəsində azərbaycanlı gənclərin rolunun artırılmasına önəm verəcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-6717.html