Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Kofi Annan Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib
09.07.12 20:10

BMT-nin xüsusi nümayəndəsi Kofi Annan prezident Bəşər Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, səfərin detalları ilə bağlı açıqlama verilməyib. Annan Suriyada 16 aydır davam edən böhrana son qoymaq üçün beynəlxalq ictimaiyyətin təqdim etdiyi ən ətraflı planın müəllifidir. Almaniya televiziyasına müsahibə verən prezident Əsəd Birləşmiş Ştatları üsyançılara siyasi dəstək verməkdə və Annanın planının gerçəkləşməsinə mane olmaqda ittiham edib. Altı maddədən ibarət olan Annan planında aprel ayından başlayaraq hökumət qüvvələri və prezident Əsədi hakimiyyətdən devirməyə çalışan müxalifət qüvvələri arasında atəşkəs rejiminin tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin atəşkəsin şərtlərinə əməl edilməyib. BMT-nin keçmiş baş katibi Suriyaya səfərini beynəlxalq ictimaiyyətin ölkədə böhrana son qoymaq üçün cəhdlərinin baş tutmadığını deməsindən bir gün sonra edir.
URL / WWW
http://kelam.az/article/a-6716.html