Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranda işsizlərin sayı 10 milyon nəfərdən çoxdur
09.07.12 23:10

İran parlamentinin keçmiş üzvü Daryuş Qənbəri İranda işsizlərin sayının 10 milyon nəfərdən çox olduğunu elan edib. “KƏLAMİNFO”nun məlumatına görə, xəbər İranın rəsmi informasiya mənbələri tərəfindən yayılıb. İran dövləti elan edib ki, İranda işsizlik səviyyəsi təxminən 10.4 faiz təşkil edir. Lakin keçmiş millət vəkili üzvü bunu qəbul etməyərək, “Eco News”-a bunları bildirib: “Statistika Mərkəzinin göstəricilərinə əsasən, İranda işsizlərin sayı 2 milyon 800 min nəfərdir, amma mənim fikrimcə, bu, doğru ola bilməz”. O, əsgərlər və tələbələrin işsiz kimi götürülməli olduğunu, lakin dövlətin onları işlə təmin edilmiş təbəqə kimi göstərdiyini deyir. Digər tərəfdən, o, işsizlik səviyyəsinin qadınlar arasında daha çox olduğunu bildirir. “İran dövləti işsizlik səviyyəsini az göstərmək üçün həftədə 1-2 saat işləyənlərə də işsiz deyil deyir” - deyə o bildirir.
URL / WWW
http://kelam.az/article/a-6715.html