Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azay Quliyev: ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir
10.07.12 02:10

“Bu gün ATƏT-in effektivliyinin artırılması qurumun hal-hazırki gündəliyində olan ən vacib prioritetlərdəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsinə dair qətnamənin müzakirəsindəki çıxışı zamanı deyib. ATƏT PA-nın Monakodakı tədbirində çıxış edən A.Quliyev bildirib ki, ATƏT-in başlıca missiyası bu təşkilat ərazisində onun sahib olduğu norma və prinsiplərin riayət olunmasının məcburiliyini, ikili standart və coğrafi üstünlüklər olmadan, hərtərəfli təhlükəsizliyi qorumaqdır: “Bu bir həqiqətdir ki, ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir, xüsusilə onun ərazisində onilliklərlə sürən münaqişələrin həlli kimi məsələlərdə indiyə kimi ciddi uğur qazana bilməyib. Buna görə də biz parlament üzvləri olaraq, ATƏT-in sahib olduğu mexanizmlərə, xüsusilə onun qərarlarının və qətnamələrinin icra olunma vəziyyətinə nəzər salmalıyıq, həmçinin, baxmalıyıq ki, biz harada əlavə səy göstərə bilərik və əsil sülhə və təhlükəsizliyə necə nail ola bilərik”. A.Quliyev deyib ki, təhlükəsizliyi artırmağın digər əhəmiyyətli cəhəti ATƏT-lə BMT arasında əməkdaşlıq əlaqələrinin yüksəldilməsidir, çünki hər iki təşkilat eyni dəyərləri və ümumi fəaliyyət sahələrini bölüşdürür: “Bu zərurəti nəzərə alaraq, mən cənab Bilorusla tam razıyam ki, ATƏT-in strateji əməkdaşlığı ilə digər beynəlxalq təhlükəsizlik təşkilatları gücləndirilməli və kordinasiya olunmalıdırlar. Mən inanıram ki, bu qətnamə bütün beynəlxalq maraqlı tərəflərin fəaliyyətini tamamlamaq və sinerjini daha da gücləndimək məqsədi güdəcək”. A.Quliyevin sözlərinə görə, ATƏT-dən ən əsas gözləntilərdən biri odur ki, qurum Moldovada Transnistria, Gürcustanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ kimi münaqişələrin ən tez bir zamanda həll olunması üçün aktiv rol oynasın. ATƏT öz resurs və mexanizmlərini səfərbər etməklə bu münaqişələrin həllinə öz tövhəsini verməlidir: “Mənim fikrimcə, bu, ATƏT üçün yaxşı bir vaxtdır ki, bütün potensialını digər beynəlxalq təşkilatlarla birləşdirməklə Moldova, Gürcüstan və Azərbaycanın konstitusiya ilə müəyyən olunan ərazilərinin işğaldan və parçalanmadan necə geri qaytarmaq barədə yol xəritəsi hazırlasın. Habelə, sülhə və təhlükəsizliyə mənfi təsir göstərən bütün xarici qoşunların bu üç suveren ölkələrdən çıxarılmasına əlverişli şərait yaradılsın” - deyə A.Quliyev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6713.html