Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT baş katibi Azərbaycana seçkilərlə bağlı yeni təkliflər verib
09.07.12 23:10

Bakıda səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannieri ilə xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdən sonra keçirilən brifinqdə E.Məmmədyarov bildirib ki, görüş zamanı müxtəlif danışıqlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Nazir qeyd edib ki, görüş əsnasında Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha ATƏT baş katibinin diqqətinə çatdırılıb: “Biz istəyirik ki, ATƏT-in bu məsələdə fəaliyyəti daha da güclənsin ki, artıq irəliləyiş əldə olunsun. 20 ildir ATƏT-in Minsk Qrupunun fəaliyyətinə baxmayaraq, heç bir nəticə yoxdur”. XİN rəhbəri bildirib ki, görüşdə, həmçinin ikitərəfli məsələlər, qarşılıqlı əməkdaşlıq da müzakirə olunub: “ATƏT baş katibinin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı xüsusi təklifləri oldu. Biz bu təkliflərə baxacağıq. Bundan başqa layihələr ilə bağlı da ATƏT baş katibindən təkliflər də oldu ki, biz bunun üzərində işləyəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-6712.html