Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İşğal altındakı mədəniyyət abidələrilə əlaqədar Faktaraşdırıcı Missiyanın regiona səfər etməsi üçün danışıqlar gedir
28.01.10 04:04

YUNESKO və Avropa Şurasının Faktaraşdırıcı Missiyasının Azərbaycanın işğal altındakı mədəniyyət abidələrilə əlaqədar regiona səfər etməsi üçün danışıqlar gedir. KƏLAMİNFO xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq bir neçə ildir nəzərdə tutulan bu səfərlərin gecikməsinə Ermənistan tərəfinin göstərdiyi əngəllər səbəb olur. Nazir danşıqların bu gün də davam etdiyini, lakin bu səfərin reallaşması üçün erməni tərəfinin də razılığının olmasını vurğulayıb. “Qarşı tərəfin müxtəlif bəhanələrlə əngəllərinə baxmayaraq, Azərbaycan bu səfərin tərəfdarıdır. Səfərin həyata keçirilməsi üçün bir sıra şərtlər var və biz bu şərtlərə daim riayət edirik”, - deyə Ə.Qarayev söyləyib.
URL / WWW
http://kelam.az/article/a-671.html