Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Klinton dünya turuna çıxır
06.07.12 20:42

ABŞ dövlət katibi Hillari Klinton 8 ölkəni əhatə edən səfərə çıxıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın yaydığı yazılı açıqlamaya görə, Klinton ilk olaraq bu gün Parisə gedəcək və “Suriya Xalqının Dostları” qrupunun üçüncü toplantısında iştirak edəcək. Daha sonra dövlət katibi Əfqanıstan mövzusunda beynəlxalq konfransda iştirak üçün Tokioya gedəcək. Tokiodan sonra Monqolustan və Vyetnamda müxtəlif görüşlər keçirməyi planlaşdıran Klinton daha sonra Laosa gələcək. Klinton 57 illik fasilədən sonra Laosa gedən ilk ABŞ dövlət katibi olacaq. ABŞ xarici siyasət idarəsinin rəhbəri daha sonra Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) illik təhlükəsizlik forumunda iştirak üçün Kambocaya yola düşəcək. İyulun 14-də isə Klinton ABŞ-ın Misirdəki demokratik dəyişikliklərə dəstəyini ifadə etmək üçün Qahirədə olacaq. İki gün Misirdə qalması planlaşdırılan Klinton iyulun 16-17-də İsrailə gedəcək.
URL / WWW
http://kelam.az/article/a-6708.html