Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK son buraxılış imtahanının nəticələrini açıqladı
06.07.12 20:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanda aşağıda qeyd olunan kateqoriyadan olan şagirdlər iştirak ediblər: -üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdləri -tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər -əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər -əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər. İmtahan hər bir rayon üzrə saat 13:00-da başlayıb. Bütün binalarda imtahan nəzərdə tutulduğu kimi təlimata uyğun şəkildə keçirilib və şagirdlərin öz bilik və bacarığını nümayiş etdirmələri üçün bütün şərait yaradılıb. Nəticələr TQDK-nın www.tqdk.gov.az rəsmi internet saytında yerləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-6707.html