Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-dan şagirdlərə ciddi xəbərdarlıq
07.07.12 02:42

Ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək. Ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-də təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdirsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
URL / WWW
http://kelam.az/article/a-6706.html