Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Musa Qasımlı: “Bu, Özbəkistan-Azərbaycan münasibətlərinə sarsıdıcı zərbə olardı”
07.07.12 02:42

“Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onun üzərinə öhdəlik qoyurdu ki, Qarabağ münaqişəsində Ermənistanın yanında olsun. Bu da Özbəkistan-Azərbaycan, eləcədə Özbəkistanın Türkdilli ölkələr arasındakı nüfuzuna sarsıdıcı zərbə olardı. Ona görə də Özbəkistanın KTMT-ni tərk etməsi başadüşüləndir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib. O qeyd edir ki, Rusiyanın KTMT çərçivəsində Mərkəzi Asiya üzərindən apardığı Əfqanıstan siyasəti bu ölkələrə heç nə vəd etmir: “Rusiya Əfqanıstanda yalnız öz maraqlarını güdür, digər KTMT ölkələrini öz maraqları üçün istifadə edir”. Ekspert deyir ki, ümumilikdə Özbəkistanı hər hansısa bir Təhlükəsizlik Şurasının üzvü olmağa heç nə məcbur etmir: “Ermənistan başadüşüləndir ki, KTMT onun üçün çox əhəmiyyətlidir. Çünki o, bir ölkənin - Azərbaycanın ərazisini işğal edib və indi özünü qorumalıdır. Amma kim Mərkəzi Asiya ölkələrinə hücum eləmək istəyir? Belə bir hal yoxdur”. Qeyd edək ki, Özbəkistan Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılıb.
URL / WWW
http://kelam.az/article/a-6704.html