Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in baş katibinin Bakıya səfər proqramı açıqlanıb
06.07.12 23:42

Azərbaycana səfəri nəzərdə tutulan ATƏT-in baş katibi Lamberto Zannierin səfər proqramı açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ATƏT-in Bakı ofisindən veriblər. Baş katib iyulun 8-də Bakıya gələcək və həmin gün Vətəndaş cəmiyyətinin təmsilçiləri ilə “Dəyirmi masa” ətrafında görüşü olacaq. Görüşdə əsasən ATƏT-in Bakı ofsinin partnyor təşkilatları və əlavə olaraq daha iki QHT təmsilçisi qatılacaq. L.Zannierin Azərbaycanda hər hansi siyasi partiya təmsilçisi ilə görüşü nəzərdə tutulmayıb. Rəsmi görüşlər isə iyulun 9-da olacaq. L.Zannier Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşəcək.
URL / WWW
http://kelam.az/article/a-6703.html