Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Opera və Balet Teatrı festivala hazırlaşır
06.07.12 02:09

Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək “Opera Sənəti" Festivalında iştirak edəcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, orkestr bu festivalda artıq beşinci dəfə iştirak edəcək. Orkestrin səfəri avqustun 8-dən 13-dək baş tutacaq. 60 nəfərlik heyət avqustun 12-də festivalın “Qrand final” adlanan Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları – Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun da əsərləri səslənəcək. Ənənə üzrə hər il yay aylarında keçirilən “Qut-İmmlinq” opera festivalında bu il Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, ümumilikdə 34 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcəklər. Festival çərçivəsində keçirilən tamaşa və konsertlər Almaniya və Avropanın televiziya kanalları və KİV-də geniş işıqlandırılır.Final konsertində orkestri Teatrın baş dirijoru, Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov və Qut-İmmlinq festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Qeyd edək ki, Opera və Balet Teatrının festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-6700.html