Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » 6-cı “Xalq ulduzu” Xəyalə Qafarzadə oldu
05.07.12 20:09

“Xalq Ulduzu” televiziya müsabiqəsinin 6-sı məlum olub. “KƏLAMİNFO” xəbər verir ki, ATV telekanalında yayımlanan “Xalq Ulduzu – 6” mahnı yarışması layihəsinin qalibi bəlli olub. 4 ay ərzində davam edən yarışmada Xəyalə Qafarzadə və Sərvər Məmmədzadə finalda mübarizə aparıblar. Finalçılar arasından qalibin müəyyən olunması həftə ərzində tamaşaçılar tərəfindən SMS səsverməsinin nəticələrinə əsasən elan olunub. Elə bu SMS-lərə görə, Xəyalə Qafarzadə 52.48 % səslə müsabiqənin qalibi olub. Digər finalçı Sərvər Məmmədzadə isə 47.52 %-lə ikinci yerin mükafatını qazanıb. Qaliblərə kubok və diplomlar təqdim olunub. Qeyd edək ki, 16 həftə ərzində keçirilən və 150-dən çox bəstəkar və xalq mahnılarının ifa olunduğu “Xalq Ulduzu – 6”-nın münsiflər heyətində Xalq artisti Aybəniz Haşımova, bəstəkar Tahir Əkbər, xanəndələr Almaz Orucova və Teyyub Aslanov təmsil olunub.
URL / WWW
http://kelam.az/article/a-6699.html