Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Saakaşvilinin oğlunun velosipedini oğurlayıblar
06.07.12 02:09

Gürcüstan prezidenti Mixail Saakaşvilinin oğlu, 16 yaşlı Eduardın velosipedini Nyu-Yorkda oğurlayıblar. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Tbilisidə Müdafiə Nazirliyində olarkən deyib. “Dünən Nyu-Yorkda küçədən oğlumun velosipedini oğurlayıblar. Oğlum oğurluq faktının özünə yox, ətrafda video kameraları ola-ola cinayətkarların oğurluq etmələrinə təəccüblənib” - deyə Mixail Saakaşvili deyib. M.Saakaşvili fürsətdən istifadə edərək, Qərblə Gürcüstanı müqayisə də edib. Onun sözlərinə görə, Tiflisdə müşahidə kameralarının olduğu küçələrdə hüquq pozmalar qeydə alınmır. Prezidentin fikrincə, bu, Gürcüstanın cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurun göstəricisidir və ölkə ictimai asayiş baxımından ən təhlükəsiz yerlərdən birinə çevrilib: “Bizdə adambaşına düşən cinayətlərin sayı ABŞ və digər Qərb ölkələrlə müqayisədə azdır”. “Utro.ru” xatırladıb ki, Eduard 2011-ci ildə Ginessin Rekordlar kitabina düşüb. O, ingilis əlifbasını sağ əli ilə İPadda 5,26 saniyəyə çap edib.
URL / WWW
http://kelam.az/article/a-6698.html