Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Jak Şirakın xanımı avtomobil qəzasına düşüb
05.07.12 20:09

Fransanın keçmiş prezidenti Jak Şirakın xanımı Bernadett Şirak avtomobil qəzasına düşüb. Korrez regionunda Şirak ailəsinə məxsus Biti qəsrini tərk edən keçmiş birinci xanım daha çox istədiyi məşhur “Şanel” şirkətinin təşkil etdiyi ziyafətə özünü tez çatdırmaq üçün sürücüsünə sürəti artırmağı əmr edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, axşam qaranlığında Paris istiqamətində böyük sürətlə hərəkət edən avtomobil yoldan keçən maralla toqquşub. Maşın yararsız hala düşsə də, xoşbəxtlikdən Bernadett Şirak və onu müşayiət edən cangüdənlər ancaq yüngül xəsarətlə canlarını qurtarıblar. B.Şirak və onu müşayiət edənlər başqa bir avtomobillə Parisə yola salınıblar.
URL / WWW
http://kelam.az/article/a-6697.html